Putin və Trampın son söhbəti tarixin ən uzun söhbətlərindən biri olub - Peskov

13:22 - 23 Mart 2025 - DÜNYA

 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son söhbət iki saata yaxın davam edib, lakin bu, şərti hesablamadır, çünki zəng müddətinə həm də əlaqənin yoxlanılması, tərcüməçilər arasında ünsiyyət də olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Telefon danışıqları adətən əlaqənin qurulması ilə başlayır: onlar səsi yoxlayır, tərcüməçinin səsini yoxlayır, çünki prezidentlərin sözləri hər iki istiqamətdə tərcümə olunur. Ümumilikdə, tərcümə də daxil olmaqla, vaxtı nəzərə alsanız, təxminən iki saat davam etdi" - Peskov deyib.

Peskov bunun Rusiya və ABŞ liderləri arasında ən uzun söhbət olduğuna dair iddialara münasibət bildirib. "Həqiqətən də, müddət baxımından bu, yəqin ki, iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri idi" .

Xəbər xətti