Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində mağazalardan birinin qarşısında qeydə alınıb.
40 yaşlı Kifayət Quliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadına ilkin tibbi yardım göstərilib. Məlumata görə, onu tanıdığı şəxs bıçaqlayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.