Mingəçevirdə bağ massivində meyit tapılıb.
Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.
Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.