Lavrov Mirzoyanla danışdı

17:38 - 24 Mart 2025 - SİYASƏT

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan regional gündəliyi müzakirə edib, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında irəliləyişi qeyd ediblər və bu, Moskvada yüksək qiymətləndirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazirlər arasında telefon danışığından sonra yaydığı bəyanatda deyilir.

"Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və qlobal gündəliyin cari məsələlərini müzakirə ediblər. Moskvada yüksək qiymətləndirilən İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında irəliləyiş qeyd edilib", - XİN-dən bildiriblər.

Xəbər xətti