Almaniya kansleri Olaf Şolz martın 27-də Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etmək üçün Parisə gedəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
Hebestreit bildirib ki, Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə martın 27-də Parisdə Ukrayna tərəfdarlarının sammitində iştirak edəcək", - .
Onun sözlərinə görə, görüşün əsas diqqət mərkəzində Ukraynaya dəstək, mümkün sülh danışıqları və Avropada təhlükəsizlik məsələləri ilə bağlı avropalı tərəfdaşlar və müttəfiqlər arasında gələcək koordinasiya olacaq.