Model Mariya Kovalçukun intihara cəhd etdiyi bildirilir
Ucnoqta.az xəbər verir ki, bu barədə Shot teleqram kanalı məlumat yayıb. Qeyd olunur ki, bunu qızın itkin düşməsindən bir müddət əvvəl Dubayda gördüyü iddia edilən bəzi şahidlərin ifadələri də sübut edir. Eyni zamanda, Kovalçuku qapalı tikinti sahəsinin yaxınlığında gördüklərini iddia edən bəzi şahidlər meydana çıxıb.
İddialara görə, o, özündə olmayıb, ağlayır və isterikada olub. Bir müddət sonra qız yoxa çıxıb və səkkiz gün onu tapmaq mümkün olmayıb.
Onun oteldə iki tanımadığı şəxslə məclisdən ayrıldıqdan sonra intihara cəhd edə biləcəyi güman edilir.
Lakin bu, yerli polisin yeganə versiyası deyil. Aldığı xəsarətlərə görə Kovalçukun kimliyini dərhal müəyyən etmək mümkün olmayıb; qollarında, ayaqlarında və onurğasında çoxsaylı sınığı olan qızın kimliyi döymələri sayəsində müəyyən edilib.
Bundan sonra hadisə ilə bağlı onun BƏƏ-yə uçan yaxınlarına məlumat verilib. Qızın indi komada reanimasiyada olduğu da qeyd olunur.