Lamin Yamal UEFA Millətlər Liqası tarixinə düşdü

09:03 - 24 Mart 2025 - İDMAN

İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.

Penaltlər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.

Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi - 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu.

Xəbər xətti