Bu gün Azərbaycan milli komandası 2025-ci ildə ikinci yoxlama oyununa çıxır.
Ucnoqta.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gələcək. Oyun “Bank Respublika Arena”da saat 21:45-də start götürəcək.
Xatırladaq ki, martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Yoxlama oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”.