Yarım əsrə yaxındır edamını gözləyən 89 yaşlı yaponiyalıya 1,44 milyon dollar ödəniləcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.
İvao Hakamata 1966-cı ildə soyğunçuluq və dörd nəfəri öldürməkdə təqsirli bilinərək həbs edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf etsə də, sonradan məhkəmədə o, etirafını işgəncə altında verdiyini bildirib.
1968-ci ildə yaponiyalı ölüm cəzasına məhkum edildi.
Yalnız 2014-cü ildə işə baxılması üçün geri göndərilib. Məhkəmə Hakamatanın DNT-si ilə cinayət yerindən tapılan qan nümunələri arasında uyğunsuzluq aşkar edib. Bütün bu illər o, ölüm hökmündə olub.
Ümumilikdə, kişi 47 il 7 ayı dəmir barmaqlıqlar arxasında keçirib.