Azərbaycan millisi Haiti yığması ilə qarşılaşacaq

11:56 - 22 Mart 2025 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Ucnoqta.az xəbər verir ki, saat 21:45-də start götürəcək matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Oyunu türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.

Xatırladaq ki, FİFA reytinqində Azərbaycan 117-ci, haiti millisi isə 153-cü sırada qərarlaşıb

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbər xətti