Azadlıq prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

11:52 - 16 Fevral 2025 - AVTO

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xəbər xətti