İstanbula güclü qar yağdı - 150-dək reyslər təxirə salındı

12:52 - 19 Fevral 2025 - DÜNYA

İstanbulda yağan qar səbəbindən 19-21 fevral tarixlərində bəzi reyslər təxirə salınacaq

Ucnoqta.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi 19-21 fevral tarixlərində İstanbulda gözlənilən qar yağması ilə əlaqədar İstanbul və Sabiha Gökçen hava limanlarında böhran mərkəzlərində Meteoroloji Fövqəladə Hallar Komitəsinin iclasının keçirildiyini və lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Məluymata görə, fevralın 19-da təxminən 150 reysin ləğv ediləcəyi və indiki uçuş sayının 200-ə yaxın olacağı gözlənilir.

Bu çərçivədə açıqlamada Pegasusun 46, Ajetin isə 22 uçuşu ləğv etmək qərarına gəldiyi bildirilib.///anadolu

Xəbər xətti