İlham Əliyev litvalı həmkarını təbrik edib

11:22 - 16 Fevral 2025 - SİYASƏT

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Xəbər xətti