İtkin düşən kişinin meyiti tapıldı - Qonşuları saxlanıldı

10:00 - 16 Fevral 2025 - ÖLKƏ İÇİ

Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalından aşkar olunub. 

Ucnoqta.az xəbər verir ki, M.Seyidovun qonşuları - 1980-ci il təvəllüdlü Elşad Elburus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Xəbər xətti