1
Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb.
Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub.
Yaralananlardan 32-si kritik vəziyyətdədir, 58 nəfərin vəziyyəti isə ağırdır.
