29
ABŞ hərbçiləri çərşənbə axşamı Hörmüz boğazından 18 milyon barel neft daşıyan 40 gəmini keçirib.
Ucnoqta.az bildirir ki, CNN telekanalı mənbələrinə istinadən xəbər verir ki, bu, münaqişənin başlanmasından bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.
ABŞ Silahlı Qüvvələri gəmiləri müşayiət etdiyi əməliyyat zamanı, öz məlumatına görə, gəmi əleyhinə qanadlı raketləri məhv edib və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib.
Telekanalın məlumatına görə, çərşənbə axşamı keçirilən əməliyyat uğurla başa çatsa da, rəsmi şəxslər münaqişənin yaxın zamanda həll olunacağı ilə bağlı illüziyaya qapılmırlar. Enerji şirkətləri isə hərbi müşayiət olsa belə, gəmilərin boğazdan keçirilməsi ilə bağlı böyük risklərdən hələ də narahatdır.
