19
Almaniya qarşıdan gələn qışda Ukraynanın enerji təminatının yaxşılaşdırılması üçün əlavə olaraq 250 milyon avro ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Vəsait Almaniyanın dövlətə məxsus KfW bank qrupu vasitəsilə təqdim ediləcək və əsasən enerji infrastrukturunun bərpasına yönəldiləcək.
Almaniya hökuməti 2022-ci ildən etibarən Ukraynanın Enerji Dəstəyi Fonduna 560 milyon avro köçürüb. Əlavə 250 milyon avro nəzərə alınmaqla, Almaniyanın fonda ümumi töhfəsi 810 milyon avroya çatacaq.
