23
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdırılması” barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan jurnalistlərə brifinq zamanı deyib.
“Belə bir fikir yarandı ki, Ermənistan-Rusiya münasibətlərini inventarlaşdırmalıyıq. Bunun praktikada nə demək olduğunu, yəni bu başlıq altında hansı alt mövzuların olduğunu müəyyənləşdirməliyik. Hansı məsələlərdə eyni mövqedə olduğumuzu, hansılarda fərqli mövqelərimizin olduğunu, hansı məsələlərə müsbət, hansılara isə birmənalı olmayan münasibət bəslədiyimizi aydınlaşdırmalıyıq”, – Baş nazir qeyd edib.
