İraqda məhkəmə ölkənin şimalındakı Kərkük şəhəri yaxınlığında yerləşən hərbi bazaya raket hücumunda təqsirləndirilən üç nəfəri 15 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bağdadın Əl-Kərx rayonunun cinayət məhkəməsinin qərarında bildirilib.
Məhkəmənin məlumatına görə, üç şəxs K-1 aviabazasına və hücum zamanı onun ərazisində olan beynəlxalq koalisiyanın fransız hərbçilərinə raket atmaqda təqsirli bilinib. Onların hər birinə 15 il həbs cəzası verilib.
Qərarda qeyd olunur ki, təqsirləndirilən şəxslər 2026-cı ilin yazında K-1 bazasına raket hücumunda iştirak ediblər. Raketlər beynəlxalq koalisiyanın fransız hərbçilərinin olduğu ərazinin yaxınlığına düşüb.
Məhkəmə hesab edib ki, hücum ölkədə təhlükəsizlik və sabitliyi pozmaq, həmçinin əhali arasında panika yaratmaq məqsədi daşıyıb.
Qərar İraqın Terrorizmlə Mübarizə Qanununa əsasən çıxarılıb.
