Nepal hökuməti Rasua rayonunda Bhotekosi çayında baş verən daşqın nəticəsində həlak olanların xatirəsinə sentyabrın 7-ni milli matəm günü elan edib.
Ucnoqta.az xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.
“The Himalayan” qəzetinin məlumatına görə, matəm günü Nepal ərazisində dövlət qurumlarının, eləcə də xaricdəki diplomatik nümayəndəlik və missiyaların binalarında dövlət bayraqları yarıyadək endiriləcək.
Hökumət həmçinin axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan təhlükəsizlik qüvvələri əməkdaşlarına və dövlət qulluqçularına yüksək riskli şəraitdə fəaliyyətə görə əlavə ödəniş verilməsi və qida xərclərinin qarşılanması barədə qərar qəbul edib.
Daşqından zərər çəkənlərə pulsuz tibbi yardım göstəriləcək, əməliyyatlar zamanı həlak olan əməkdaşların ailələrinə isə maddi yardım ödəniləcək.
