Yəməndə silahlı qarşıdurmanın kəskinləşməsi nəticəsində təxminən 130 min sakin yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) məlumat yayıb.
Təşkilatın açıqlamasına görə, Yəmənin yeddi vilayətində ümumilikdə 129 438 nəfər, yaxud 21 573 ailə döyüşlərin və artan qeyri-sabitliyin təsiri ilə məcburi köçkün vəziyyətinə düşüb.
Beynəlxalq Miqrasiya Təşkilatı ölkə daxilində köç edənlərin sayının artmaqda davam etdiyini bildirib. Daha təhlükəsiz bölgələrə sığınan insanlar burada da müxtəlif çətinliklərlə üzləşir və lazımi dəstəyin çatışmazlığı onların vəziyyətini ağırlaşdırır.
Məlumata əsasən, təxminən 3,1 min yəmənli isə ölkəni Qırmızı dəniz vasitəsilə tərk edərək Cibutiyə keçib.
