24
Dünya bazarında Azərbaycan neftinin qiymətində nəzərəçarpan ucuzlaşma baş verib.
Ucnoqta.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 116,83 ABŞ dolları təşkil edib. Əvvəlki ticarət zamanı isə bir barel Azərbaycan nefti 122,37 dollara satılıb.
Beləliklə, “Azeri Light”ın qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,54 dollar aşağı düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.
