Yaponiyada “Duczyuan” tayfununun yaxınlaşması səbəbindən aviaşirkətlər sərnişinlərə mümkün gecikmə və reyslərin ləğvi barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, tayfunun 21–22 sentyabr tarixlərində ölkənin Sakit okean sahillərinə, o cümlədən paytaxt regionuna çatacağı gözlənilir.
All Nippon Airways (ANA) artıq Sakit okeandakı Hatiçocima adasının hava limanından həyata keçirilməli olan altı reysin hamısını ləğv edib. ANA və ölkənin digər aparıcı aviaşirkəti Japan Airlines (JAL) isə Tokiodakı Haneda hava limanında bəzi reyslərin gecikdirilə və ya ləğv edilə biləcəyini açıqlayıb.
Məlumata görə, tayfunun mərkəzi Titiçima adasından təxminən 250 kilometr cənub-qərbdə yerləşir və saatda 15 kilometr sürətlə qərbə doğru hərəkət edir.
Tayfunun keçəcəyi ərazilərdə küləyin sürəti saniyədə 30 metrə, küləyin maksimal sürəti isə 45 metrə çatır.
