Ukrayna Avropa İttifaqının ayırdığı kredit hesabına “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təxminən 1 000 raket alınmasına dair müqavilələr bağlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Yevgeni Xmara “Ramştayn” formatında keçirilən Kontakt Qrupunun iclasında bildirib.
Nazirin sözlərinə görə, Kiyev tərəfdaşların dəstəyi və Aİ krediti hesabına “Patriot” sistemləri üçün təxminən 1 000 raketin alınması ilə bağlı müqavilələr bağlayır.
Xmara qeyd edib ki, raketlərin əksəriyyəti yalnız növbəti illərdə Ukraynaya çatdırılacaq. Bu səbəbdən Kiyev tərəfdaşlarından hazırda anbarlarda olan raketləri təhvil vermələrini istəyir.
Onun sözlərinə görə, Ukraynaya hazırda tərəfdaşlarından 300 “Patriot” raketi, 500 hava-hava tipli raket, daşınan zenit-raket kompleksləri və pilotsuz uçuş aparatlarının alınması üçün 2 milyard dollar lazımdır.
