24
Azad edilmiş ərazilərdə ötən həftə ərzində minatəmizləmə işləri davam etdirilib.
ANAMA-nın məlumatına görə, avqustun 31-dən sentyabrın 6-dək ərazilərdə 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina və 1390 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Hesabat dövründə ümumilikdə 1706,4 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
İşlər ANAMA, Müdafiə Nazirliyi, FHN, yerli təşkilatlar və QHT tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazaxın işğaldan azad edilmiş kəndlərində aparılıb.
