33
Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra İranla münasibətləri bərpa etməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən Hili Forumunda bildirib.
Onun sözlərinə görə, İran BƏƏ və digər Körfəz ölkələri üçün mühüm qonşu olaraq qalır. Qarqaş qeyd edib ki, coğrafi vəziyyət ölkələri gec-tez münasibətləri bərpa etmək üçün yol tapmağa məcbur edir.
