31
ABŞ Meksikanın Nogales şəhərində dövlət qulluqçularının hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Ucnoqta.az-ın məlumatına görə, ABŞ-ın Meksikadakı səfirliyindən bildirilib ki, adı açıqlanmayan təhlükə ilə bağlı şəhərə səfərlər yalnız zəruri hallarda və gündüz saatlarında həyata keçirilə bilər.
Nogalesin yerləşdiyi Sonora ştatı ABŞ üçün 3-cü təhlükə səviyyəsinə aid edilir. Vətəndaşlara bölgəyə səfərdən çəkinmək və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.
Təhdidin konkret xarakteri açıqlanmayıb.
