30
İran ABŞ-a məxsus hərbi gəminin üzərindən yeni gəmiəleyhinə raket sınağı keçirib.
Ucnoqta.az bildirir ki, bu barədə İran mənbələri “Press TV” telekanalına məlumat verib.
İran təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib ki, bu, ölkənin gəmiəleyhinə raketinin ilk dəfə ABŞ hərbi gəmisinin birbaşa üzərindən sınaqdan keçirilməsidir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai də sınağın keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, raket buraxıldıqdan qısa müddət sonra ABŞ aviadaşıyıcısı sınaq zonasını tərk edib.
