19
Torontoda güclü fırtına 65 minədək abonentin elektrik enerjisiz qalmasına, bəzi ərazilərin su basmasına və AC/DC qrupunun konsert verməli olduğu Rogers Stadiuma ciddi ziyan dəyməsinə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
Fırtına nəticəsində stadionun tribunalarının bir hissəsi dağılıb, yüzlərlə oturacaq sıradan çıxıb.
Tutumu 50 min nəfər olan stadionda AC/DC-nin konserti sentyabrın 16-na planlaşdırılıb. Hazırda tədbirin təxirə salınıb-salınmayacağı və ya ləğv ediləcəyi barədə qərar verilməyib.
Fırtına zamanı Torontoda 13 santimetrədək yağıntı düşüb, küləyin sürəti bəzi ərazilərdə saniyədə 35 metrə çatıb. Şəhər və ətraf ərazilərdə ümumilikdə 150 minədək ev təsərrüfatı elektrik enerjisiz qalıb.
