15
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsraillə son münaqişə zamanı əsir götürülən 4 Livan vətəndaşını Livan ordusuna təhvil verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BQXK-nın Beyrutdakı nümayəndəliyi məlumat yayıb.
Komitə bildirib ki, əməliyyat yalnız humanitar xarakter daşıyıb və təşkilat İsrail ilə Livan arasında neytral vasitəçi kimi çıxış edib.
Qeyd edək ki, cümə axşamı daha bir livanlı Qızıl Xaçın vasitəçiliyi ilə İsrail əsirliyindən azad edilərək ölkəsinə qaytarılıb. Beləliklə, son günlərdə ümumilikdə 5 livanlı azad olunub.
