16
Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti 100 dolları ötüb.
Ucnoqta.az xəbər verir ki, İtaliyanın Augusta limanında CIF bazisi üzrə “Azeri Light”ın bir barelinin qiyməti 4,35 dollar artaraq 101,96 dollar olub.
Türkiyənin Ceyhan limanında isə FOB bazisi üzrə “Azeri Light”ın qiyməti 4,47 dollar yüksələrək 99,21 dollara çatıb.
