27
ABŞ energetika naziri Kris Rayt neft sazişi ilə bağlı danışıqlar aparmaq üçün sentyabrın 1-də Venesuelaya yola düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib. Məlumata görə, Raytın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 2-də Venesuelada görüşlər keçirəcək.
Onun sözlərinə görə, “Chevron”dan başqa, yaxın günlərdə Venesuelada neft hasilatı ilə bağlı digər ABŞ şirkətləri ilə daha bir neçə müqavilənin imzalanacağı açıqlanacaq.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Raytın səfəri Venesuela neft sektorunda ABŞ-ın iştirakının genişləndirilməsi çərçivəsində keçirilir. “Chevron”un da ölkədə fəaliyyətini artıracağı gözlənilir.
