27
Nepalda güclü sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1 056 nəfərə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının Nepal polisinə istinadən yaydığı məlumata görə, daha əvvəl təbii fəlakət nəticəsində 1 010 nəfərin öldüyü bildirilmişdi.
Məlumata əsasən, hazırda 4 500 nəfər itkin düşmüş hesab olunur.
Güclü yağışların səbəb olduğu təbii fəlakət ölkənin bir sıra bölgələrində ciddi dağıntılara və infrastruktura ziyan vurub. Xilasetmə və axtarış əməliyyatları davam etdirilir.
