BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilatların müasir çağırışlara daha effektiv cavab verməsi üçün BMT və digər beynəlxalq institutlarda islahatların aparılmasının vacibliyini vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, Quterreş bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT+” formatında sammitində çıxışı zamanı bildirib.
BMT baş katibi qeyd edib ki, dünyada geosiyasi və iqtisadi dəyişikliklər sürətlənir və beynəlxalq əməkdaşlıq mexanizmlərinin mövcud reallıqlara uyğunlaşdırılmasına ehtiyac var.
Onun sözlərinə görə, beynəlxalq institutların islahatı onların daha ədalətli, səmərəli və təmsilçilik baxımından balanslı fəaliyyət göstərməsinə imkan verməlidir.
Quterreş həmçinin ölkələri qlobal problemlərin həlli üçün çoxtərəfli əməkdaşlığı gücləndirməyə çağırıb.
