29
Almaniyanın Köln şəhərində naməlum şəxs səhər saatlarında türk kafesinə atəş açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
Hadisə yerli vaxtla saat 07:30 radələrində Bonner-Ştrasse küçəsində baş verib. Polis kafenin ətrafındakı ərazini mühasirəyə alıb və şübhəlinin axtarışını davam etdirir. Hadisə yerində güllə izləri və gilizlər aşkarlanıb.
