33
Supertanker Hörmüz boğazının cənub hissəsində “qanunsuz marşrut”dan istifadə etməyə çalışarkən minaya düşüb.
Ucnoqta.az xəbər verir ki, Fars xəbər agentliyi bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
İİKK-nın bəyanatına görə, gəmi iki minaya düşüb. Bəyanatda əlavə edilib ki, hadisə bir neçə saat əvvəl baş verib.
“İİKK Hərbi Dəniz Qüvvələri bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından təhlükəsiz keçid qaydalarını pozan gəmilər də eyni aqibətlə üzləşəcəklər. İİKK Hərbi Dəniz Qüvvələrinin boğaz daxilində tranzit və naviqasiya qaydalarına riayət etmək məcburidir”, – agentlik İİKK Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən bildirib.
