Dərinin vəziyyəti yalnız hava şəraiti, stress və ya düzgün seçilməmiş kosmetika səbəbindən dəyişmir.
Ucnoqta.az xəbər verir ki, bəzən dərinin quruması, üz rənginin solğunlaşması və səpkilərin yaranması orqanizmdə bəzi qida maddələrinin çatışmazlığının xarici əlaməti ola bilər.
Omega-3: quru və susuz dəri, erkən qırışlar, səpkilərə meyillilik.
B12 vitamini: ağız kənarlarında çatlar, dərinin solğun və ya sarımtıl görünməsi.
C vitamini: dərinin elastikliyinin azalması, solğunluq və qırışların artması.
Sink: ağız və burun ətrafında səpkilər.
D vitamini: quru dəri və yorğun, solğun görünüş.
Qeyd etmək lazımdır ki, bu əlamətlər yalnız vitamin çatışmazlığına xas deyil. Dəqiq səbəbi müəyyənləşdirmək üçün həkim məsləhəti və lazım gəldikdə qan analizləri tələb olunur.
