33
Oman sahilləri yaxınlığında tanker naməlum mərmi ilə vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 29-da Oman ərazisində Xasab şəhərindən 12 dəniz mili şimalda baş verib. Hörmüz boğazına daxil olmaq istiqamətində hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb.
Hadisə nəticəsində ölən və ya yaralananlar, həmçinin ətraf mühitə ziyan barədə məlumat yoxdur. Tankerin adı açıqlanmayıb.
