32
Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun vilayətinin sahilinə pilotsuz qayıq çıxıb.
Ucnoqta.az xəbər verir ki, IHA agentliyinin məlumatına görə, qayığın mənsubiyyəti hələlik müəyyən edilməyib.
Pilotsuz qayıq Çarşamba rayonunda yerli balıqçı tərəfindən aşkarlanıb. O, hadisə barədə jandarm və sahil mühafizə xidmətinə məlumat verib.
Tapıntının olduğu ərazi mühasirəyə alınıb və obyekti araşdırmaq üçün mütəxəssislər əraziyə göndərilib.
