Macarıstanda 2002-ci il təvəllüdlü kişi Cessna-172 təyyarəsini qaçıraraq “Paks” Atom Elektrik Stansiyasının hava məkanına daxil olub.
Ucnoqta.az xəbər verir ki, HVG-nin məlumatına görə, kişi təyyarəni Kaloça aerodromundan qaçırdıqdan sonra AES istiqamətində uçub. Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi bildirib ki, müdafiə qüvvələrinin radarları təyyarəni dərhal aşkar edib və iki qırıcı havaya qaldırılıb.
Qeyd olunur ki, elektrik stansiyasının 3 kilometr radiusunda, 6 min metrədək yüksəklikdə uçuşlar qadağandır.
Təyyarə ələ keçirildikdən sonra Qeryen kəndi yaxınlığındakı günəbaxan tarlasında qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə helikopteri göndərilib. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
