48
Bu gün müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır
Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya MÜTDA-dan məlumat yayıb.
Məlumata görə, 28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 8 vakant yer seçə bilərlər.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.
