86
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Danimarkanın baş naziri Mette Frederiksen 6-7 sentyabr tarixlərində Qrenlandiyaya səfər edəcəklər.
Ucnoqta.az xəbər verir ki, Euractiv portalının məlumatına görə, səfər çərçivəsində Qrenlandiyanın yerli rəhbərliyi ilə görüşlər keçiriləcək. Görüşlərdə Danimarkanın muxtariyyətinin baş naziri Yens-Frederik Nilsen də iştirak edəcək.
Məlumata əsasən, Brüssel 2028-ci ildən Qrenlandiyaya maliyyə dəstəyini iki dəfədən çox artıraraq 7 il ərzində 530 milyon avroya çatdırmağı planlaşdırır.
