Zəngilan rayonunun Ağalı kəndində elektrik xətlərinin vəziyyəti ilə bağlı narazılıq yaranıb.
Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə kənddə elektrik xətlərinin və dirəklərin bərbad vəziyyətdə olduğu iddia edilir. Paylaşım müəllifi problemin bir neçə ildir mövcud olduğunu və məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edildiyini bildirib.
Qeyd olunur ki, görüntülər “Azərişıq”, “AzərEnerji” və Energetika Nazirliyinə də göndərilib. Buna baxmayaraq, problemin hələ də həll edilmədiyi iddia olunur.
Paylaşımda elektrik xətlərinin insan həyatı üçün təhlükə yaratdığı vurğulanaraq, mümkün bədbəxt hadisə baş verəcəyi təqdirdə bunun məsuliyyətini kimin daşıyacağı ilə bağlı sual ünvanlanıb.
Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması məlum deyil.
