28
UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ” bu gün doğma meydanda Niderlandın “Tvente” klubunu qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Komandalar arasında Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib.
