29
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə ölkənin müxtəlif regionları, həmçinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində 267 Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Volqoqrad, Voronej, Lipetsk, Nijni Novqorod, Rostov, Samara, Saratov və Ulyanovsk vilayətləri, həmçinin Krasnodar diyarı, Başqırdıstan və Krım üzərində vurulub.
Bundan başqa, Qara və Azov dənizləri üzərində də Ukrayna PUA-larının məhv edildiyi bildirilir.
