29
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər xarici sülhməramlı qüvvələrin Ermənistan ərazisinə yerləşdirilməsinə ehtiyac yoxdur.
Ucnoqta.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və ölkəyə heç bir xarici sülhməramlı qüvvə daxil olmayacaq.
O, Azərbaycan və Ermənistan xalqlarını “ən etibarlı sülhməramlılar” adlandırıb.
Paşinyan vurğulayıb ki, sülhün qorunmasında əsas rolu hər iki ölkənin xalqları oynayır.
