58
Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan gəncləri təbrik edib.
Ucnoqta.az xəbər verir ki, nazirin təbrikində deyilir:
“Tələbə adını qazanan əziz gənclərimiz! Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram.
Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!”.
