29
ABŞ-ın MLS liqasında “San-Xose” ilə “Minnesota” arasında keçirilən və qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatan matçın sonlarına yaxın meydana azyaşlı uşaq qaçıb.
Ucnoqta.az bildirir ki, bu səbəbdən oyun qısa müddətə dayandırılıb. Arenanın əməkdaşı uşağı tezliklə tutaraq meydanın kənarında gözləyən qadına təhvil verib.
Matçdan sonra “Minnesota”nın baş məşqçisi Kemeron Noulz zarafatla bildirib ki, qayda pozan azarkeşə stadionlara ömürlük giriş qadağası tətbiq etmək hələ tezdir.
