23
UEFA prezidenti Aleksander Çeferin onu tənqid etdiyi FIFA prezidenti Canni İnfantinonun yerinə keçmək üçün mübarizəyə qoşulmayacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, İnfantinoya potensial rəqib kimi göstərilən Çeferin qatıldığı proqramda UEFA-ya bağlılığını ifadə edib.
Çeferin bildirib ki, İnfantinonun qarşısında iki seçim var: ya futbol ictimaiyyətinin dəstəyinə malik olmadığını başa düşərək vəzifədən getmək, ya da mart ayında keçiriləcək seçkilərə qatılmaq. Onun sözlərinə görə, ikinci halda İnfantinonun qarşısında başqa bir namizəd olacaq, lakin hələlik onun kimliyi məlum deyil.
Çeferin İnfantino haqqında deyib: “Məncə, kimsə ona avropalı olduğunu xatırlatmalıdır, çünki o bunu unudub.”
