36
Cənubi Afrikalı keçmiş dünya çempionu Zolani Tete ölkənin cənubundakı Mdantsane şəhərində yaşadığı evin qarşısında silahlı hücum nəticəsində öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.
38 yaşlı Tete məşqdən qayıdarkən avtomobili ilə evinin qarşısında dayanıb və darvazanın açılmasını gözləyib. Bu zaman maskalı iki silahlı şəxs avtomobilə yaxınlaşaraq atəş açıb. Boksçu hadisə yerində həyatını itirib.
Avtomobildə olan qadın da çoxsaylı güllə yaraları alıb. Polis hücum edən şəxslərin axtarışını davam etdirir.
Tete 2014–2015-ci illərdə IBF versiyası üzrə ikinci ən yüngül çəki dərəcəsində dünya çempionu olub.
